Şimali İrlandiyanın paytaxtı Belfastda şiddət hərəkətləri yenidən başladı

Şimali İrlandiyanın paytaxtı Belfastda Şahzadə Philipin vəfatından sonra İngiltərə və Avropa İttifaqı tərəfdarları arasında dayandırılan şiddət hərəkətləri dəfn mərasimindən sonra yenidən başlayıb.

1624747
Şimali İrlandiyanın paytaxtı Belfastda şiddət hərəkətləri yenidən başladı

Avropa İttifaqı (Aİ) ilə əldə edilən Brexit müqaviləsi çərçivəsində Şimali İrlandiya ilə İngiltərənin qalan hissəsi arasında ticarəti məhdudlaşdıran tənzimləməyə qarşı çıxan Aİ tərəfdarı Protestantlar yenidən küçələrə axışıblar.

Bölgədən əldə edilən məlumata görə Od yandıraraq yolu bağlayan etirazçılar ilə polis arasındaki qarşıdurmalara baxmayaraq, aksiyaçıların katoliklərin yaşadığı əraziyə keçmələrinin qarşısı alınıb.

Qeyd edək ki, 29 martda başlayan hadisələr 9 apreldə Şahzadə Philipin ölümündən sonra dayandırıldı. Ancaq alyans tərəfdarları 17 apreldə təşkil edilən dəfn mərasimindən sonra vətəndaş itaətsizliyi çağırışları etdilər.



Әlaqәli Xәbәrlәr