Nigeriyada yanacaq daşıyan avtomobil partlayıb, ölənlər var

Nigeriyanın cənub-şərqində yerləşən Benue əyalətində yanacaq daşıyan avtomobilin partlaması nəticəsində 12 nəfər həyatını itirib.

1623911
Nigeriyada yanacaq daşıyan avtomobil partlayıb, ölənlər var

Yerli hakimiyyət orqanları bu barədə məlumat yayıb.Qeyd edilib ki,

Benue əyalətinin Oşiqbudu şəhərində yanacaq daşıyan avtomobil aşıb. Nəticədə benzin küçəyə dağılıb. Daha sonra partlayış baş verib. Partlayışdan sonra meydana gələn yanğın evlərə keçib.

Qəza yerində xilasedicilər işləyir. Hadisədə üçü qadın biri uşaq olmaqla 12 nəfər ölüb. Xeyli sayda insan yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır. 100-dən çox ev yanıb. Ölənlərin dəqiq sayı yanmış evlərin kəşfiyyatından sonra məlum olacaq.

 



Әlaqәli Xәbәrlәr