ABŞ prezidentinin ilk üz-üzə görüşü

ABŞ prezidentinin ilk üz-üzə görüşü yapon baş naziri ilə oldu

1623009
ABŞ prezidentinin ilk üz-üzə görüşü

 

  Co Bayden Amerika Birləşmiş Ştatlarının prezidenti vəzifəsinə başladığı 2021-ci ilin 20 yanvarından ilk dəfə üz-üzə görüşünü Ağ Evdə Yaponiyanın baş naziri Suqa Yoşihide ilə reallaşdırdı.

  Yaponiya və ABŞ başçıları Ağ Evdə görüşdən sonra təşkil edilən mətbuat konfransında çıxış etdilər.

  İki ölkə arasındakı yaxşı müttəfiqlik əlaqələrini təqdir edən C.Bayden dedi: "Çinin Şərqi Çin dənizi, Cənubi Çin dənizi kimi mövzularda rəftarı və Şimali Koreya ilə birlikdə olduğunu anladıq. Ona görə də Hind Okeanındakı dostlarımız və qonşularımıza dəstək vermək üçün əlimizdən gələni edəcəyik.

  Yaponiya ilə həm də texnologiya və inovasiya sahələrinə sərmayə ilə bağlı razılaşdıq. O cümlədən iqlim dəyişikliyi ilə mübarizədə də birlikdə  çalışacağıq”.

  Bayden çıxışında İrana da toxundu: "İranın 60 faiz nisbətində uranı zənginləşdirmə fikrini qəbul etmirik… Biz İranla nüvə müqaviləsində uzlaşa bilmirik".



Әlaqәli Xәbәrlәr