UNESCO yenə İsrailə qarşı çıxdı

İordaniya Xarici İşlər Nazirliyinin sözçüsü Dayfullah əl-Fayıq yazılı şərh paylaşaraq bildirib...

1622206
UNESCO yenə İsrailə qarşı çıxdı

 

  BMT Təhsil, Elm və Mədəniyyət Təşkilatı – UNESCO Qüdsün quruluşu və qanuni statusunu dəyişdirməyi məqsəd qoyan bütün İsrail tətbiqlərinin etibarsız olduğunu vurğuladı.

  İordaniya Xarici İşlər Nazirliyinin sözçüsü Dayfullah əl-Fayıq yazılı şərh paylaşaraq bildirib: “UNESCO icra təşkilatı son yığıncağında Qüdsün qədim şəhər mərkəzi və ətrafındakı sütunlarla bağlı yekdilliklə qərar verdi. Bu qərarın alınmasında UNESCO bünyəsindəki ərəb və İslam qruplarla İordaniyanın diplomatik səyləri mühüm rol oynayıb.

  UNESCO verdiyi bu qərarla bir daha müqəddəs Qüds şəhərinin quruluşu və qanuni statusunu dəyişdirmək istəyən bütün İsrail fəaliyyətlərinin etibarsız olduğunu vurğuladı. Təşkilatın Dünya Miras Komitəsi İsraildən Qüdsün qədim şəhər mərkəzi, sütunları və Əqsa məscidinə qarşı qeyri-qanuni və təktərəfli tətbiq və pozuntularının dayandırılmasını tələb edir.

  Qərarda beynəlxalq hüquqa görə işğalçı güc mövqeyində olan İsrailin bütün pozuntularını izləmək üçün UNESCO-dan Qüdsə xüsusi missiya göndərilməsinin lazım olduğu qeyd olunur”.

  Xatırladaq ki, bundan əvvəl də Qüdsün bir ərəb və İslam şəhəri olduğunu təsdiqləyən qərarlar verən UNESCO 2016-cı ilin oktyabrında da "Yəhudilərlə Qüds və Hərəmi-Şərif arasında heç bir əlaqə olmadığı və bu yerlərin müsəlmanlara məxsus olduğu”nu bildirmişdi.



Әlaqәli Xәbәrlәr