Marin le Pen Fransa prezidentliyinə namizədliyini açıqladı

2022-ci il prezidentlik seçkilərinə namizəd...

1618708
Marin le Pen Fransa prezidentliyinə namizədliyini açıqladı

 

  Fransada həddindən artıq sağçı Milli Birlik Partiyasının (RN) sədri Marin le Pen (Marine le Pen) 2022-ci ildə keçiriləcək prezidentlik seçkilərində namizəd olacağını elan etdi.

  Təşkil etdiyi mətbuat konfransında ölkədə son sorğuların nəticələrinə görə, 2022-ci il prezident seçkilərində ikinci mərhələyə keçə biləcəyini söyləyən le Pen deyib: "Anketlərdə ilk dəfə zəfərin mənim olacağı görünür. Gələn il prezident seçkilərində yarışacağam”.

  Fransada keçirilən anket sorğularına görə, Marin le Pen prezidentlik seçkilərinin ikinci mərhələsinə keçərsə, 48 fazi səslə qazanacağı deyilir. O, 2017-ci il prezident seçkilərində də namizədliyini vermiş, ilkin mərhələdə 21,3, ikincisində 33,9 səs əldə etmişdi.

  Qeyd edək ki, həddindən artıq solçu Boyun Əyməyən Fransa Hərəkatının (LFİ) başçısı Jan-Lük Melanşon (Jean-Luc Melenchon) və Fransanın Ot-de-Frans (Hauts-de-France) bölgəsinin valisi və sabiq nazir Ksavye Bertran (Xavier Bertrand) da 2022-ci il prezidentlik seçkilərinə namizədliklərini verdiklərini açıqlamışlar.



Әlaqәli Xәbәrlәr