Entoni Blinken almaniyalı vә fransalı hәmkarları ilә telefon әlaqәsi saxlayıb

Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Entoni Blinken Almaniya xarici işlәr naziri Hayko Maas vә Fransa xarici işlәr naziri Jan İv Le Drian ilә telefon әlaqәsi saxlayıb.

1618346
Entoni Blinken almaniyalı vә fransalı hәmkarları ilә telefon әlaqәsi saxlayıb

Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Entoni Blinken Almaniya xarici işlәr naziri Hayko Maas vә Fransa xarici işlәr naziri Jan İv Le Drian ilә telefon әlaqәsi saxlayıb. Mәlumata görә, tәrәflәr Ukraynanın şәrqindә yaşanan hәrbi gәrginliyi müzakirә edib.

Amerika Birlәşmiş Ştatlarının Dövlәt Departamentinin sözçüsü Ned Prays dövlәr katibi Entoni Blinkenin almaniyalı vә fransalı hәmkarları ilә telefon әlaqәsi saxladığını açıqlayıb.

Ned Prays deyib: ‘‘Dövlәt katibi Entoni Blinken vә Almaniya xarici işlәr naziri Hayko Maas işğal altındakı Krımda vә Şәrqi Ukraynadakı tәmas xәtdindә Rusiyanın birtәrәfli provokasiyalarına qarşı Ukraynaya dәstәk verilmәsinin әhәmiyyәtini  vurğulayıblar’’.   

Entoni Blinken vә  Fransa xarici işlәr naziri Jan İv Le Drian arasında baş tutan telefon danışığında da  Ukraynanın suverenliyinә vә torpaq bütövlüyünә verilәn  dәstәk vә Rusiyanın hәrbi hәrәkәtliliyinin dayandırılmasının әhәmiyyәti qeyd olunub.
 



Әlaqәli Xәbәrlәr