Üçlü görüş ikinci dəfə təxirə salındı

Üçlü görüş ikinci dəfə təxirə salındı...

1616846
Üçlü görüş ikinci dəfə təxirə salındı

 

  İraq paytaxt Bağdadda İordaniya və Misir rəsmiləri ilə reallaşdırılması gözlənilən üçlü zirvənin ikinci dəfə təxirə salındığını elan etdi.

  İraqın mədəniyyət naziri və hökumət sözçüsü Həsən Nazim verdiyi şərhdə bildirib: “Təxirəsalma İordaniyada yaşanan təhlükəsizlik vəziyyətilə bağlıdır.

  İraq İordaniyanın sabitliyi və əmin-amanlığı tərəfdarıdır.

  İordaniyaya qarşı hər cür təhdid ortaqlığımıza, sabitliyimizə və təhlükəsizliyimizə bir təhdiddir.

  Təxirə salınan zirvə toplantısının nə vaxt ediləcəyi hələ bəlli deyil.”

  Xatırladaq ki, İraqın baş naziri Mustafa əl-Kazımi 26 martda ölkəsiylə Misir və İordaniya arasında reallaşdırılması gözlənilən üçlü zirvə görüşünün Misirdə baş verən ağır qatar qəzası ilə əlaqədar təxirə salındığını bildirmişdi.  

  29 martda Bağdadda bir araya gələn üç ölkənin xarici işlər nazirləri liderlər zirvəsinin ən qısa zamanda edilməsilə bağlı diləklərini çatdırmışdılar.

  İraq, Misir və İordaniya hökumət başçıları arasındakı üçlü görüşün birincisi 2020-ci ilin avqustunda İordaniyanın paytaxtı Ammanda keçirilmiş. Bu zaman enerji, ticarət və sərmayə ilə bağlı ortaq iqtisadi müqavilələr imzalanmışdı.



Әlaqәli Xәbәrlәr