Donbasda bir Ukrayna hәrbçisi hәyatını itirib

Ukraynanın şәrqindәki Donbas bölgәsindә separatçıların açdığı atәş nәticәsindә bir Ukrayna әsgәri hәyatını itirib.

1617284
Donbasda bir Ukrayna hәrbçisi hәyatını itirib

Ukraynanın şәrqindәki Donbas bölgәsindә separatçıların açdığı atәş nәticәsindә bir Ukrayna әsgәri hәyatını itirib.

Ukrayna Silahlı Qüvvәlәrinin yaydığı mәlumatda separatçıların gecә radәlәrindә beş dәfә atәşkәsi pozduğu bildirilib.

Mәlumatda Donbasın Peski vә Vodyanoye bölgәlәrindә separatçılar tәrәfindәn açılan atәş nәticәsindә Ukrayna ordusunun bir hәrbçisinin hәyatını itirdiyi qeyd olunub.

Ukrayna Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi Ruslan Homçak martın 30-da mәclisdә etdiyi çıxışında Rusiyanın hәrbi tәlim bәhanәsi ilә Ukrayna sәrhәddi yaxınlığına hәrbçi göndәrdiyini bildirmişdi.

Donbas bölgәsindәki problemin hәll edilmәsinә dair Rusiya, Ukrayna vә Avropa Tәhlükәsizlik vә Әmәkdaşlıq Tәşkilatından (ATӘT) ibarәt üçtәrәfli görüş qrupu bölgәdә 2020-ci ilin 27 iyul tarixindәn etibarәn  atәşkәsin tәmin olunması  bağlı qәrar qәbul etmişdi.

Bölgәdә dırnaqarası müstәqilliyini elan edәn rusiyapәrәst separatçılar ilә Kiyev rәhbәrliyi arasında 2014-cü ildәn etibarәn davam edәn qarşıdurmalar nәticәsindә 13 mindәn çox adam hәyatını itirib.



Әlaqәli Xәbәrlәr