30 yaşdan aşağı olanlara “Oxford-AstraZeneca” peyvəndi qadağan edildi

Dərman və Tibbi Məhsulları Tənzimləmə Təşkilatı (MHRA) şərhində “Oxford-AstraZeneca” peyvəndinin ciddi xəstəliklərin qarşısını almaqda  böyük faydaları olduğunu qeyd edərək bildirib...

1616999
30 yaşdan aşağı olanlara “Oxford-AstraZeneca” peyvəndi qadağan edildi

 

  İngiltərədə 30 yaşdan aşağı olanlarda qan laxtalanmasına səbəb olduğu üçün “Oxford-AstraZeneca” peyvəndi vurulmayacaq.

  Dərman və Tibbi Məhsulları Tənzimləmə Təşkilatı (MHRA) şərhində “Oxford-AstraZeneca” peyvəndinin ciddi xəstəliklərin qarşısını almaqda  böyük faydaları olduğunu qeyd edərək bildirib: “Bununla belə 31 marta qədər 79 qan laxtalanması halı baş verib ki, bunlardan 19-u ölümlə nəticələnib. Qan laxtalanmasına nəyin gətirib çıxardığı hələ dəqiləşməyib.”

  51-i qadın və 28-i kişi olan ölüm hadisələrində yaş 18-79 arasında dəyişir. Həyatını itirən 19 adamdan 3-ü 30 yaşdan aşağıdır. 19 ölümün 14-ü beyin, 5-i isə damarlarda qan laxtalanması nəticəsində baş verib.

  MHRA şərhindən sonra İngiltərə Peyvənd Komitəsi 30 yaşdan aşağı olanlara artıq “Pfizer” və ya “Moderna” peyvəndlərinin təqdim ediləcəyini açıqlayıb.

  “Oxford-AstraZeneca” peyvəndinin birinci dozası vurulmuş adamlara isə eyni peyvəndin ikinci dozası da tətbiq ediləcək.

  Qeyd edək ki, İngiltərədə 20 milyondan çox adama “Oxford-AstraZeneca” peyvəndi vurulub.

  Xatırladaq ki, bir sıra Avropa ölkəsi qan laxtalanması səbəbindən sözügedən peyvəndin istifadəsini təxirə salıb, bəziləri isə yaşa görə məhdudlaşdırıb.



Әlaqәli Xәbәrlәr