Aİ rәsmisi: ‘‘Aİ vә ABŞ Türkiyә mәsәlәsindә hәmfikirdir’’

Avropa İttifaqı Şurasının sәdri Şәrl Mişelin prezident Rәcәb Tayyib Әrdoğan ilә görüşmәzdәn әvvәl Amerika Birlәşmiş Ştatlarının Türkiyәdәki sәfiri Devid Satterfild ilә bir araya gәldiyi bildirilib.

1616105
Aİ rәsmisi: ‘‘Aİ vә ABŞ Türkiyә mәsәlәsindә hәmfikirdir’’

 

Avropa İttifaqı Şurasının sәdri Şarl Mişelin prezident Rәcәb Tayyib Әrdoğan ilә görüşmәzdәn әvvәl Amerika Birlәşmiş Ştatlarının Türkiyәdәki sәfiri Devid Satterfild ilә bir araya gәldiyi bildirilib.

Aİ mәnbәlәri Şarl Mişel vә Avropa İttifaqı Komissiyasının sәdri Ursula von der Leyenin paytaxt Ankarada keçirdiyi görüşlәrlә bağlı jurnalistlәrә mәlumat verib.

Avropa ittifaqının bir  rәsmisi Şarl Mişelin dünәn axşam radәlәrindә Amerika Birlәşmiş Ştatlarının Türkiyәdәki sәfiri ilә bir araya gәldiyini bildirib. Aİ rәsmisi  deyib:  ‘‘Amerika Birlәşmiş Ştatları vә Avropa İttifaqı Aralıq dәnizindә sabitlik vә tәhlükәsizlik mühitinә vә Avropa İttifaqı ilә Türkiyә arasında müsbәt vә qarşılıqlı faydalanma prinsipinә әsaslanan münasibәtә duyulan ehtiyac mәsәlәsindә hәmfikirdir’’.

Şarl Mişel vә Ursula von der Leyenin prezident Rәcәb Tayyib Әrdoğanla keçirdiyi görüşә toxunan Aİ rәsmisi  Aİ sәdrlәrinin tәkliflәrindәn bәhs etdiyini ifadә edib.



Әlaqәli Xәbәrlәr