"Ukraynanın NATO-ya üzvlüyü yalnız Donbasdakı vəziyyəti pisləşdirə bilər", D.Peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın NATO-ya üzvlüyünün yalnız Donbasdakı vəziyyəti pisləşdirə biləcəyinə dair xəbərdarlıq edib.

1615945
"Ukraynanın NATO-ya üzvlüyü yalnız Donbasdakı vəziyyəti pisləşdirə bilər", D.Peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın NATO-ya üzvlüyünün yalnız Donbasdakı vəziyyəti pisləşdirə biləcəyinə dair xəbərdarlıq edib.

NATO Baş katibi Yens Stoltenberq ilə görüşündən sonra "ölkəsinin şərqində hərbi sadəcə alyans üzvlüyünün sona çatdıra biləcəyini" söyləyən Ukrayna lideri Vladimir Zelenskinin həmin açıqlaması Kremlin sözçüsü Dmitri Peskova sual edilib.

Peskov “Bunun Ukraynanın daxili problemi ilə mübarizəsinə  hər hansı şəkildə kömək edəcəyinə şübhə edirik. Bizim nöqteyi-nəzərimizdən bu, mövcud vəziyyəti olduğundan daha da pisləşdirər ”deyə cavab verib.

Digər tərəfdən, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Silahlı Qüvvələrində döyüş hazırlığının yoxlanılmasına başlanıldığını bildirib. 

Ukraynanın cənub-şərqindəki Donbass bölgəsində gərginlik sürətlə artarkən Rusiya hərbi rəhbərliyi ölkədəki bütün bölgələrdə döyüş hazırlığının yoxlanılmasına başlanılmasına qərar verilib. 
Bu barədə Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu müşavirədə bildirib.

Onun sözlərinə görə, qoşunlar taktiki, taktiki-xüsusi və ikitərəfli təlimlər üçün poliqondadırlar.

Məlumata görə, aprel ayı ərzində 4048 müxtəlif miqyaslı təlim keçiriləcək.

Bildirilib ki, təlimlər bütün Hərbi Dairələri və Şimal flotunu, eyni zamanda, Kuril adalarını, Uzaq Şimal bölgəsi və Kamçatkanı əhatə edir.



Әlaqәli Xәbәrlәr