Nigeriyada yüzlərlə məhbus həbsxanadan qaçıb

Nigeriyanın İmo ştatında silahlı şəxslərin bir həbsxanaya hücumu nəticəsində yüzlərlə məhbus qaçıb.

1614982
Nigeriyada yüzlərlə məhbus həbsxanadan qaçıb

Ölkə informasiya vasitələrinin məlumatına görə İmo ştatının paytaxtı Owerri şəhərindəki həbsxanaya naməlum silahlı şəxslərin hücumunda yüzlərlə məhbus qaçıb. Hücum zamanı həbsxana və çox sayda avtomobil yandırılıb.

Xatırladaq ki, Nigeriyanın cənubundakı separatçı Biafra Yerli Xalqlar (IPOB) tərəfindən vaxt aşırı belə hücumlar həyata keçirilir. 29 Martda ölkənin Cənub ərazilərində həyata keçirilən əməliyyatlarda müstəqil dövlət qurmaq istədikləri üçün Nigeriya dövləti tərəfindən terror təşkilatı elan edilmiş IPOB üzvü 16 nəfər tutulmuşdu.



Әlaqәli Xәbәrlәr