NATO-nun yaranmasının 72 illiyində üzv ölkələr arasındakı birlik vurğulanıb

NATO-nun yaranmasının 72 illiyi münasibətilə müttəfiq ölkələrin yaydıqları təbrik mesajlarında birlik vurğulanıb.

1614608
NATO-nun yaranmasının 72 illiyində üzv ölkələr arasındakı birlik vurğulanıb

NATO-nun yaranmasının 72 illiyi münasibətilə müttəfiq ölkələrin yaydıqları təbrik mesajlarında birlik vurğulanıb.

NATO üzvü olan ölkələrin səlahiyyətliləri və nümayəndəliklərinin təbrik mesajlarında NATO-nun “Biz birlikdə daha güclüyük” şüarından istifadə edilərək, alyansa verdikləri töhfələr çatdırılıb və mövcud problemlərin birlikdə qarşının alınacağı ifadə edilib.

NATO-nun yaranmasının ildönümü münasibətilə paylaşılan video mesajda son illərdə NATO-nun da dünya ilə birlikdə dəyişdiyini qeyd edilərək, "Dəyərlərimizin müdafiəsində birlik və qətiyyət içindəyik. Yeni sınaqlar qarşısında özümüzü yeniləyirik. Biz müttəfiqik, bizlər NATO-yuq".

Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Qərbi Avropanın təhlükəsizliyinin bərpası üçün Şimali Atlantika Təşkilatı Müqaviləsi ilə 1949-cu ildə siyasi və hərbi bir birlik olaraq qurulan NATO 72 ildə 12 üzvdən 30 üzvlü alyans halına gəldi.

ABŞ, Belçika, İngiltərə, Danimarka, Fransa, Hollandiya, İtaliya, İslandiya, Kanada, Lüksemburq, Norveç və Portuqaliyanın imzaları ilə qurulan NATO-ya Türkiyə 1952-ci ildə qoşuldu.

Əsas vəzifəsi "üzv dövlətlərin azadlığını və təhlükəsizliyini siyasi və hərbi metodlarla qorumaq" olan NATO ortaq dəyərlər birliyi olaraq təsvir edilir.

Müttəfiqlər demokratiya, fərdi azadlıq, hüququn üstünlüyü və mübahisələrin sülh yolu ilə həlli  kimi ortaq dəyərlərə və bunların Avroatlantik bölgəsində qorunması sadiqdirlər.

NATO həmin zamanda üzvlərinin ümumi maraqlarına daxil olan təhlükəsizlik məsələlərində məsləhətləşdikləri və əməkdaşlıq etdikləri bir transatlantik forum kimi də fəaliyyət göstərir.



Әlaqәli Xәbәrlәr