İngiltərə vətəndaşlarına kütləvi fəaliyyətlərə icazə verdi, bir şərtlə…

İlk sınaq 16 aprel axşamı Liverpulda bir komediya teatrında ediləcək

1615064
İngiltərə vətəndaşlarına kütləvi fəaliyyətlərə icazə verdi, bir şərtlə…

 

  İngiltərə yeni tip koronavirus (Covid-19) epidemiyasının ictimai təsirlərini azaltmağa çalışır. Bu çərçivədə ölkədə vətəndaşların olacağı kütləvi fəaliyyət məkanlarında epidemiyanın artıb-azalmasının müşahidə ediləcəyi qərarlaşdırılıb.

  Koronavirus pasportunun olub-olmaması, peyvənd edilib-peyvənd edilmədiyi, mənfi test nəticəsi və ya təbii immunitetinin yoxlanılması planlaşdırılır.

  İlk sınaq 16 aprel axşamı Liverpulda bir komediya teatrında ediləcək. Tamaşaçılar nümayişdən əvvəl və sonra koronavirus testindən keçəcəklər. Bu tətbiqlər “Wembley” stadionunda oynanacaq “FA Cup” yarıfinal və final oyunlarını da əhatə edəcək.

  Ölkənin Milli Səhiyyə Xidməti (NHS) idarəsi vətəndaşların “Covid-19” vəziyyətini göstərən sənədin təqdim edə bilmələrinə dair də çalışmaları sürdürür. Belə ki, sözügedən sənədin kağız üzərində və ya mobil tətbiq yoluyla təqdim ediləcəyi düşünülür.

 



Әlaqәli Xәbәrlәr