Dmitro Kuleba Cozef Borrel ilə Rusiyanın Ukrayna sərhədindəki hərbi fəaliyyətindən danışıb

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel ilə Rusiyanın Ukrayna sərhədindəki hərbi fəaliyyəti barədə telefonla danışıb.

1614613

Kuleba "Twitter" hesabından etdiyi paylaşımında Borrel ilə telefon söhbətində Rusiyanın sərhəddəki gərginliyi artırmasını müzakirə etdiklərini bildirib.

Borelin Aİ-nin Ukraynanın arxasında olduğunu bildirərək, ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini qeyd edən Kuleba Borrelin onu 19 apreldəki Aİ Xarici İşlər Şurasının iclasına dəvət etdiyini də söyləyib.

Ukraynanın Baş Qərargah rəisi Ruslan Homçak 30 martda parlamentdəki çıxışında Rusiya Silahlı Qüvvələrinin hərbi təlimlər bəhanəsi ilə Ukrayna sərhədləri yaxınlığına qoşun göndərdiyini açıqlamışdı.

Kremlin sözçüsü Dmitriy Peskov da Rusiyanın öz əraziləri daxilində silahlı qüvvələrini istədiyi kimi hərəkət etdirdiyini və bunun heç kim üçün təhlükə yaratmadığını ifadə etmişdi.

Әlaqәli Xәbәrlәr