Borqarıstanda seçkilərin nəticələri

Bolqarıstanda 4 Apreldə keçirilmiş parlament seçkilərinin “exit-poll” nəticəsi açıqlanıb.

1614850
Borqarıstanda seçkilərin nəticələri

Məlumata görə 25% səslə hakim “Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı uğrunda” partiyası qalib gəlib. “Belə bir xalq var” partiyası 17,1%, Bolqarıstan Sosialist Partiyası 16,7% səs, “Demokratik Bolqarıstan” 10,5%, “Hüquq və azadlıqlar uğrunda hərəkat” 10,2%, “Yüksəl. Mafiya rədd ol 5%, VMRO(Bolqarıstan milli hərəkatı) 4,7% səs toplayıb.

Qeyd edək ki, seçkilərdə 22 partiya, 8 seçki koalisiyası və müstəqil namizədlər iştirak ediblər. 240 deputat mandatı uğrun 6 895 namizəd mübarizə aparıb.

 



Әlaqәli Xәbәrlәr