Tayvanda qatarın qəzaya uğraması nəticəsində həyatını itirənlərin sayı 51 nəfərə çatıb

Tayvanın Hualien bölgəsində sərnişin qatarın qəzaya uğraması nəticəsində həyatını itirənlərin sayı 51-ə, xəsarət alanların sayı da 146 nəfərə  çatıb.

1613894

Tayvan Nəqliyyat Nazirliyinin məlumatına  görə, qatarda 350 sərnişin olub. 8 vaqonlu qatarın Hualien bölgəsində relsdən çıxdığı bildirilib. 

Qeyd edək ki, qəza zamanı qatarın 4-cü və 5-ci vaqonlarına ciddi ziyan dəyib. Hadisə yerinə yanğınsöndürənlər və axtarış-xilasetmə qrupları cəlb olunub.

Tayvan lideri Tsai İnq-ven müvafiq nazirlik və qurumlara qəza ilə bağlı lazımi araşdırmaların aparılması ilə bağlı göstəriş verib. 

Әlaqәli Xәbәrlәr