Ukrayna Rusiyaya reaksiya verib

Vladimir Zelenskiy "Twitter" hesabından etdiyi paylaşımında təxribata hazır olduqlarını bildirib.

1613212
Ukrayna Rusiyaya reaksiya verib

Vladimir Zelenskiy "Twitter" hesabından etdiyi paylaşımında təxribata hazır olduqlarını bildirib.

Hərbi təlimlər şəklində Ukrayna sərhədində güc göstərməyin atəşkəs və sülh danışıqlarını təzyiq altına almaq üçün bir təşəbbüs olduğunu vurğulayan Zelensky "Ordu yalnız güc və qüvvət deyil, eyni zamanda ağıl və tarazlıqdır" ifadələrdən istifadə edib.

Ukrayna Baş Qərargah rəisi Ruslan Homçak 30 martda Parlamentdəki çıxışında Rusiya Silahlı Qüvvələrinin hərbi təlimləri bəhanə edərək Ukrayna sərhədlərinə qoşun göndərdiyini bildirmişdi.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin öz torpaqları daxilində silahlı qüvvələrini öz istəyindən asılı olaraq hərəkət etdirdiyini və bunun heç kim üçün təhlükə yaratmadığını ifadə etmişdi.

Ukraynanın şərqindəki Donbas bölgəsində sözdə müstəqilliyini elan edən rusiyapərəst separatçılarla Kiyev rəhbərliyi arasında 2014-cü ildən bəridir 13 mindən çox insanın həyatını itirdiyi 
qarşıdurmalar davam edir.



Әlaqәli Xәbәrlәr