“OPEC+” üzrə sutkalıq neft hasilatı tədricən artırılacaq

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə üzv olmayan bəzi istehsalçı ölkələrdən ibarət 23 (OPEC + ) ölkələrin enerji və neft nazirlərinin videokonfrans formatında növbəti yığıncağı keçirilib.

1613484
“OPEC+” üzrə sutkalıq neft hasilatı tədricən artırılacaq

OPEC-dən yayılan məlumata görə iclasda gündəlik xam neft hasilatının növbəti 3 ay ərzində tədricən 1,1 milyon barrelədək artırılması ilə bağlı qərar qəbul edilib. Səudiyyə Ərəbistanı isə fevral ayında hasilatın sutkalıq 1 milyon barel azaltılmasına dair qəbul etdiyi qərarın tətbiqindən  könüllü olaraq tədritədricən imtina edəcək.

Səudiyyə Ərəbistanı Enerji naziri Əbdüləziz ibn Salman iclasdakı çıxışında hasilat həcmini May ayında gündəlik 250 min, İyun ayında 350 min, İyulda 400 min barel artacaqlarını bildirib. OPEC + növbəti iclası 28 mayda keçiriləcək.


Etiketlәr: #neft hasilatı , #OPEC

Әlaqәli Xәbәrlәr