Meksikada cinayət hadisələri sayında rekord artım

2021-ci  ilin  Mart  ayında  Meksikada 2 min 444 cinayət törədilib.

1613550
Meksikada cinayət hadisələri sayında rekord artım

Meksika Federal Təhlükəsizlik Xidmətinin  Mart  ayında  törədilən  cinayətlər  ilə  bağlı hazırladığı   hesabata  görə  ölkədə mart ayında 2 min 444 nəfər  qətl  edilib.  Bu rəqəm 2011-ci ildən bəri ölkədə bir ayda törədilən ən yüksək qətl hadisəsi kimi qeydə alınıb. Hesabatda  bildirilib  ki,  7 Martda sutka  ərzində 103  nəfər öldürülüb.

Xatırladaq ki, ölkədə Fevral  ayında  2 min 379, Yanvarda  isə  2 min 206 cinayət törədilib.

Cinayət  hadisələri ən  çox  qeydə alınan ştatlar  arasında  sırası  ilə  Quanajuato, Miçoacan, Baja Colifornia, Çihuahua və Veracruz  iştirak  edir. 



Әlaqәli Xәbәrlәr