“Suriyalı mühacirlərlə görüşəcəyəm”, V.Bozkır

BMT Baş Assambleyasında Suriyadakı insan haqqları vəziyyətindən bəhs edilən iclasdakı çıxışında Volkan Bozkır deyib...

1611557
“Suriyalı mühacirlərlə görüşəcəyəm”, V.Bozkır

 

  Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 75-ci dövri sədri Volkan Bozkır gələn həftə prosesləri və BMT-nin humanitar yardım əməliyyatlarını yaxından izləmək üçün suriyalı mühacirlərlə bir araya gələcəyini söylədi.

  BMT Baş Assambleyasında Suriyadakı insan haqqları vəziyyətindən bəhs edilən iclasdakı çıxışında Volkan Bozkır deyib: “Suriyada müharibə başlayandan bu yana yarım milyon insan həyatını itirib, hər 5 suriyalıdan 3-ü evini tərk etməyə məcbur qalıb və yenə hər 5 suriyalıdan 4-ü həddindən artıq yoxsulluğa məhkum olub. Həyat şərtləri gərginləşdikcə yaşamaq da çətinləşir. Bu gün suriyalılar daha çox aclıq çəkir, üstəlik koronavirus (Covid-19) təhlükəsiylə qarşı-qarşıyadırlar.  

  Suriyaya daha çox humanitar yardım lazımdır.

  Gələn həftə prosesləri yaxından izləmək üçün BMT Humanitar İşlər Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə suriyalı mühacirlərlə bir araya gələcək və onları dinləyəcəyəm."



Әlaqәli Xәbәrlәr