Xalid əl-Useyli: "Türkiyəyə Fələstin məsələsində verdiyi dəstəyə görə təşəkkür edirik"

Fələstinin iqtisadiyyat naziri Xalid əl-Useyli Türkiyəyə Fələstin məsələsində verdiyi dəstəyə görə təşəkkür etdiklərini bildirib.

1611390
Xalid əl-Useyli: "Türkiyəyə Fələstin məsələsində verdiyi dəstəyə görə təşəkkür edirik"

"Türkiyə Cümhuriyyəti hökuməti və xalqına Fələstin məsələsinə bütün sahələrdə davamlı dəstəyi üçün təşəkkürlərimizi və minnətdarlığımızı çatdırmaq istəyirəm" .

Bunu Fələstinin iqtisadiyyat naziri Xalid əl-Useyli Xarici İqtisadi Əlaqələr heyəti (DEİK), Türkiyə-Fələstin İş Şurası, Fələstinli İşadamları Dərnəyinin (PBA)  əməkdaşlığı ilə "DEİK İnterconnected Business Series" çərçivəsində təşkil edilən "Türkiyə-Fələstin" onlayn iclasında deyib. 
Nazir Useyli çıxışında toplantının iki qardaş ölkə arasındakı strateji əlaqələrin genişləndirilməsi və özəl sektor nümayəndələri tərəfindən yeni ortaqlıqlar qurulması yolu ilə Fələstində sərmayə qoyuluşlarının artırılmasını hədəf aldığını bildirib.

Useyli toplantının yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbiylə onlayn təşkilinin də iki ölkənin iqtisadi əlaqələrinə verdiyi əhəmiyyəti ifadə etdiyini vurğulayaraq, "Biz hər sahədə ortaq tarixə və qardaşlığa əsaslanan ikitərəfli münasibətlərin inkişafının tərəfdarıyıq" deyib.

Useyli iki ölkə arasında qəbul ediləcək yeni qərarların əlaqələri daha yaxşı bir nöqtəyə gətirəcəyini düşündüyünü dilə gətirib.

Fələstinin Türkiyədəki səfiri Faed Mustafa da Türkiyə ilə Fələstin arasındakı iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib.

Son illərdə iki ölkə arasında bir sıra müqavilələr imzalandığını xatırladan Mustafa Türkiyə ilə Fələstin arasında həm dövlət, həm də özəl sektorlar vasitəsilə davam etdirilən iş birliyini dilə gətirib. 

Türkiyənin Qüds baş konsulu Əhməd Rza Dəmirər də etdiyi çıxışda Fələstin iqtisadiyyatının işğal şərtlərinə baxmayaraq canlı bir iqtisadiyyat olduğunu, Türkiyə ilə Fələstin arasındakı sərmayə qoyuluşu və ticarət imkanlarının göründüyündən daha çox olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr