Süveyş kanalında gəmi hərəkətlərinin adi axarında olduğu bildirilib

Süveyş kanalında torpağa oturan nəhəng yük gəmisinin hərəkət etdirmə işləri dünən (29 mart) uğurla başa çatdıqdan sonra kanaldakı keçidlər bərpa olunub.

1611327

Dünya miqyasında gəmi hərəkətlərini izləyən "Vesselfinder" və "Marinetraffic" adlı iki veb saytın verdiyi məlumata görə, bölgədə yalnız Süveyş kanalının giriş və çıxışında yığılmış gəmilər səbəbindən sıxlıq var.

Tayvanlı "Evergreen" şirkəti tərəfindən kirayəyə götürülən və böhrana səbəb olan "The Ever Given" gəmisi gərgin fəaliyyətlərdən sonra hərəkət edəndən daha sonra texniki işlər üçün lokomotivlərlə Böyük Göllər bölgəsinə tərəf üzməyə başlayıb.

Xatırladaq ki, nəhəng konteyner gəmisi qum fırtınası və əlverişsiz hava şəraitindən görmə qabiliyyətinin itirilməsi nəticəsində 24 mart tarixində Süveyş Kanalında saya oturmuşdu.

Gəminin dar kanalda sıxışması və keçidin bağlanması nəticəsində kanalda uzun gəmi növbələri yaranmış və dəniz nəqliyyatının dayandırılması səbəbindən xam neft və LNG yüklərində 6 gün fasilələr yaranmışdı. 

Әlaqәli Xәbәrlәr