Co Bayden 2024-cü ildə prezidentliyə namizədliyini vermək niyyətindədir

ABŞ prezidenti  Co Bayden 1 may tarixinə qədər Əfqanıstandan çıxmalarının çox çətin olduğunu, ancaq bu ölkədə uzun müddət qalmaq niyyətində olmadıqlarını bildirib.

1608727

Bayden vəzifəsinin 65-ci günündə Ağ Evdə ilk rəsmi mətbuat konfransını təşkil edib.

ABŞ prezidenti Əfqanıstandakı qoşunlarını 1 may tarixinə qədər tamamilə çıxarma planı barədə "Taktiki səbəblərdən 1 may tarixinə qədər bütün qoşunlarımızı çıxarmağımız çətindir, amma deyə bilərəm ki, burada uzun müddət qalmaq fikrində deyilik" deyib.

Jurnalistlərdən biri "Gələn il də Əfqanıstanda ABŞ-ı görəcəyik deyə bilərikmi?" sualına Bayden "Mən belə bir şey deyə bilmərəm" cavabını verib.

Co Bayden şəxsi gələcək planları ilə əlaqədar olaraq isə deyib ki, 2024-cü ildə prezidentliyə yenidən seçilmək üçün mübarizə aparmaq niyyətindəyəm.

Әlaqәli Xәbәrlәr