Avropa İttifaqı Sammitinin yekun bəyannaməsinin Türkiyə ilə bağlı hissəsi

Avropa İttifaqı Sammitində iştirak edən İttifaq ölkələrinin liderləri Türkiyə ilə siyasi və iqtisadi dialoqu gücləndirməklə bağlı qərar qəbul edib.

1608726
Avropa İttifaqı Sammitinin yekun bəyannaməsinin Türkiyə ilə bağlı hissəsi

Avropa İttifaqı Sammitində iştirak edən İttifaq ölkələrinin liderləri Türkiyə ilə siyasi və iqtisadi dialoqu gücləndirməklə bağlı qərar qəbul edib.

Qeyd olunub ki, liderlər Avropa Şurasına Türkiyə ilə Gömrük İttifaqı arasında əlaqələrin yenilənməsi yollarını araşdırmaq və tətbiqetmədə çətinliklərlə əlaqədar rəsmi Ankara ilə müzakirələrin intensivləşdirilməsini istəyiblər.

Bundan başqa rəhbərlər Türkiyə ilə qarşılıqlı maraq doğuran sahələrdə yüksək səviyyəli dialoqa hazır olduqlarını bildiriblər. Avropa Komissiyasından Türkiyə ilə iqtisadi əməkdaşlığın inkişafı, xalqlar arasında əlaqə quraraq səyahət mövzularında araşdırma aparılması istənilib.

Brüssel terrora qarşı mübarizə, sağlamlıq və iqlim kimi qarşılıqlı maraq doğuran məsələlərdə Türkiyə ilə yüksək səviyyəli dialoqa başlamağa hazırdır.

Quruma üzv dövlətlərin liderləri miqrasiya idarəçiliyi mövzusunda Türkiyənin 4 milyona yaxın suriyalını qəbul etməsini alqışladıqlarını və Türkiyə ilə əlaqələrin gücləndirilməsinin lazım olduğunu da bildiriblər.

Bundan əlavə bəyannamədə "Vəziyyəti yaxından təqib etməyə davam edəcəyik və ortaqlarımızla koordinasiyalı yanaşma axtarışında olacağıq. Aİ Şurası bu məsələni iyan ayında keçiriləcək yığıncağında təkrar mzakirə edəcək" ifadəsi yer alıb.



Әlaqәli Xәbәrlәr