ABŞ-da tornado həyatı iflic edib

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Alabama ştatında meydana gələn tornadolarda ən az 5 nəfər həyatını itirib.

1608943
ABŞ-da tornado həyatı iflic edib

Milli Meteoroloji Xidməti bu barədə məlumat yayıb: “Ştatın 7 fərqli ərazisində güçlü tornado meydana gəlib. Tornado səbəbiylə ən az 5 nəfər ölüb. Qasırğa evləri dağıdıb. Maşınları çevirib.

Birminqam (Albama) bölgəsi Milli Meteoroloji Xidməti isə tornado təhlükəsinə qarşı ictimaiyyəti xəbərdar edib.

Məlumata görə tornado nəticəsində Pelham şəhərində də 30-50 qədər bina dağılıb, çox sayda evin damı çöküb, ağaclar və elektrik dirəkləri aşıb. Alabamada 17 mindən çox ailə elektriksiz qalıb. Alabama valisi Kay Ivery, xüsusilə ştatın şimalındakı 46 bölgədə qasırğa təhlükəsinin davam edə biləcəyini bildirib və vətəndaşları lazımi tədbirləri görməyə çağırıb.

Meteoroloqlar tornadoya səbəb olan hava şəraitinin Alabama, Tennessi və Corciya ştatlarında davam edəcəyini bildiriblər.



Әlaqәli Xәbәrlәr