Polislərin "Bir türk daha azaldı" sözlərinə görə istintaq başlandı

Hollandiya yerli mediasında çıxan xəbərlərə görə...

1608397
Polislərin "Bir türk daha azaldı" sözlərinə görə istintaq başlandı

 

  Hollandiya polislərinin sosial media qruplarındakı yazışmalarda 16 yaşlı türk soylu bir qızın ölümüylə bağlı "Bir türk daha azaldı" sözləri əsasında istintaq işi başlayıb.  

  Hollandiya yerli mediasında çıxan xəbərlərə görə, Rotterdam rayonuna bağlı polislər haqqında “WhatsApp” qruplarında irqçi sözlər yazıldığı üçün başlanılan istintaq prosesi zamanı polislərin ölkədəki azlıqlara, immiqrantlara və afrikalılara qarşı irqçi və ayrı-seçkilik bildirən ifadələr işlətdikləri bəlli olub. Belə ki, polislərdən biri kollecdən çıxarkən öldürülən Hümeyra E. üçün "Bir türk daha azaldı" yazıb.

  Rotterdam Polis İdarəsinin rəisi Fred Vesterbeke (Fred Westerbeke) bu polisləri qınayıb və haqlarında başlanan istintaqın sürdüyünü bildirib.

  Xatırladaq ki, Rotterdam Dizayn Kollecində (Rotterdam Design College) təhsil alan Hümeyra E. 2018-ci ilin 16 dekabrında məktəbdən evə dönərkən ayrıldığı kişi dostu tərəfindən öldürülüb. Hümeyra narahat edildiyi üçün polisə dəfələrlə müraciət etsə də, şikayətləri nəzərə alınmamışdı.



Әlaqәli Xәbәrlәr