Banqladeşdə qaçqın düşərgəsində yanğın zamanı ölənlərin sayı 28-ə çatıb

Banqladeşdə Arakanlı müsəlmanların qaldıqları düşərgədə baş verən yanğında ölənlərin sayı 28-ə çatıb. 40 nəfər yaralanıb.

1607425
Banqladeşdə qaçqın düşərgəsində yanğın zamanı ölənlərin sayı 28-ə çatıb

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Banqladeşdəki nümayəndəsi Yohannes Van der Klaauv bu barədə məlumat yayıb: “Banqladeşin Koks-Bazar şəhərindəki "Baluxali" qaçqınlar düşərqəsində baş verən yanğında 28 nəfər həyatını itirib, 400 nəfər itkin düşüb və 560 nəfər zərər çəkib. 15 min yaşayış obyekti yandığı üçün 45 min insan evsiz qalıb”. Klaauv-un sözlərinə görə daha əvvəl Banqladeşdə qaçqınların düşərgələrində belə genişmiqyaslı yanğınlar baş verməyib.

Klaauv düşərgədəki yanğını dağıdıcı kimi xarakterizə edib. O, qeyd edib ki, regionda BMT-nin briqadaları işləyir.

BMT rəsmisinin özlərinə görə, hadisə zamanı həmçinin klinikalar və bölgü mərkəzləri yararsız vəziyyətə düşüb.

Banqladeş hakimiyyəti düşərgədəki yanğının başvermə səbəblərinə dair araşdırma başladıb.

BMT-nin hesabatına görə 2017-ci ilin avqustundan sonra Arakandakı zülm və zorakılıqlar səbəbi ilə evini tərk edərək Banqladeşə sığınanların sayı 900 min nəfərə çatıb.



Әlaqәli Xәbәrlәr