Mazin әl-Benna Ümumdünya su günü münasibәtilә bәyanat verib

Qәzzadakı Su İdarәsi İsrailin yürütduyü siyasәt sәbәbindәn bölgәdә uzun müddәtdir suyla bağlı problemlәrin yaşandığını bildirib.

1606326
Mazin әl-Benna Ümumdünya su günü münasibәtilә bәyanat verib

Qәzzadakı Su İdarәsi İsrailin yürütduyü siyasәt sәbәbindәn bölgәdә uzun müddәtdir suyla bağlı problemlәrin yaşandığını bildirib.

Bu barәdә Qәzza Su İdarәsinin rәsmisi Mazin әl-Benna 22 mart Ümumdünya su günü münasibәtilә tәşkil edilәn mәtbuat konfransında bildirib.

M.Benna Qәzza zolağındakı su quyularının 97 faizinin Ümumdünya  Su Tәşkilatının içmәli su standartlarına uyğun olduğunu söylәyib.

Bu quyulardan әldә edilәn  suyun bir litrindә min milliqram duz olduğunu dilә gәtirәn Benna bunun beynәlxalq standartlara görә çox yüksәk olduğunu qeyd edib.

Mazin әl-Benna Qәzzaya tәtbiq olunan siyasi vә iqtisadi mühasirәnin su obyektlәrinin inşa edilmәsi vә tamamlanması üçün maliyyә dәstәyinin tәmin edilmәsinin qarşısını aldığını bildirib.

Bölgәdә uzun müddәtdir suyla bağlı problemlәrin yaşandığını bildirәn M.Benna vurğulayıb ki,  İsrailin attığı addımların  mәqsәdi fәlәstinlilәrin öz torpaqlarını tәrk etmәlәridir.

Qeyd edәk ki, tәxminәn 2 milyon fәlәstinlinin yaşadığı Qәzza zolağı 2006-ci ildәn etibarәn İsrailin mühasirәsi altındadır.



Әlaqәli Xәbәrlәr