Cozef Borrel Türkiyә ilә bağlı bәyanat verib

Cozef Borrel Avropa İttifaqına üzv dövlәtlәrin xarici işlәr nazirlәrinin iclasından sonra jurnalistlәrә mәlumat verib vә suallarını cavablandırıb.

1606324
Cozef Borrel Türkiyә ilә bağlı bәyanat verib

 

Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef Borrel deyib: ‘‘Biz Türkiyә ilә namizәd ölkә, qonşu vә yaxşı münasibәtlәr yarada bilәcәyimiz bir ölkә olaraq әlaqәlәr yaradmaq istәyirik. Bunu Avropa İttifaqına üzv ölkәlәr vә Avropa İttifaqının maraqlarını müdafiә edәrәk etmәk istәyirik’’.

Cozef Borrel Avropa İttifaqına üzv dövlәtlәrin xarici işlәr nazirlәrinin iclasından sonra jurnalistlәrә mәlumat verib vә suallarını cavablandırıb.

İclasda Türkiyә ilә Avropa ittifaqı arasındakı münasibәtlәrin müzakirә olunduğunu bildirәn Cozef Borrel mәsәlәnin 25-26 mart tarixlәrindә keçirilәcәk Aİ Liderlәr zirvәsindә müzakirә edilәcәyini vә  Aİ Komissiyasının hazırladığı hesabatda  liderlәrә tövsiyyәlәr verildiyini bildirib.
Cozef Borrel Türkiyәnin son dövrdә müsbәt addımlar atdığını ifadә edәrәk Şәrqi Aralıq dәnizindә gәrginliyin sәviyyәsi azalsa da, vәziyyәtin hәlә dә kövrәk olduğunu vә Türkiyәdә yaşanan bәzi daxili proseslәrә görә narahat olduqlarını deyib.
‘‘Nazirlәrlә müsbәt proseslәri dәstәklәmәk mәsәlәsindә razılıq әldә etdik’’,-deyә Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi qeyd edib.



Әlaqәli Xәbәrlәr