İngiltərə, Almaniya və Hollandiya məhdudlaşdırmalara qarşı ayağa qalxdı

“Covid-19” məhdudlaşdırmaları İngiltərə, Almaniya və Hollandiya vətəndaşlarını ayağa qaldırdı

1605353
İngiltərə, Almaniya və Hollandiya məhdudlaşdırmalara qarşı ayağa qalxdı
hollanda kovid-19 karsiti gosteriler.jpg
almanya kovid-19 karsiti gosteriler.jpg
ingiltere kovid-19 karsiti gosteriler.jpg

 

  “Covid-19” məhdudlaşdırmaları İngiltərə, Almaniya və Hollandiya vətəndaşlarını ayağa qaldırdı.

  İngiltərənin paytaxtı Londonda məhdudlaşdırmalar əleyhdarı minlərlə adam Hayd (Hyde) parkından yürüşə çıxıblar.

  “Covid-19” qadağalarına baxmayaraq edilən nümayişdə polislə iştirakçılar arasında toqquşma yaşanıb, 33 nəfər nəzarətə götürülüb.

  Almaniyanın Kassel şəhərində də “Covid-19” tədbirlərinə etiraz bildirən minlərlə adam şəhər mərkəzindən yürüş ediblər. Maska, məsafə qaydaları və polisin dağılma çağırışlarına əhəmiyyət verməyən nümayişçilərlə polislər tərəfindən bibər qazı, təzyiqli su sıxılıb, dəyənəkdən istifadə olunub. Nümayişçilər isə cavabında polisə şüşə atıblar. 10 minlərlə etirazçının qatıldığı nümayişdə çox sayda adam nəzarətə götürülüb.

  Paytaxt Berlində həm həddindən artıq sağcılar, həm solcular ayrı-ayrılıqda “Covid-19” tədbirlərinə etiraz bildiriblər. Nümayişlərdə çoxlu adam saxlanılsa da, qarşıdurma yaşanmayıb.

  Hollandiyanın paytaxtı Amsterdamda isə Muzeylər Meydanında toplanan nümayişçilər küçəyəçıxma ilə yanaşı məhdudlaşdırmaların təcili sonlandırmağı tələb ediblər. Polis meydanı tərk etməyən etirazçılara səs bombası atıb, təzyiqli su sıxıb, nümayişçilərdən bəzilərini dağılmadıqları üçün nəzarətə götürüblər.



Әlaqәli Xәbәrlәr