Fələstində milli dialoq danışıqlarının yeni mərhələsi

Fələstin milli dialoq danışıqlarının yeni mərhələsi 16-17 mart tarixlərində  keçiriləcək.

1595403
Fələstində milli dialoq danışıqlarının yeni mərhələsi

Fələstin milli dialoq danışıqlarının yeni mərhələsi 16-17 mart tarixlərində  keçiriləcək.

Dövlət televiziyasına müsahibə verən Fəth Hərəkatı Mərkəzi Komitəsinin Baş katibi Cibril er-Rucub, siyasi ayrılığa son qoymağın və tərəfdaşlığın qurulmasının strateji bir seçim olduğunu bildirib.

Qahirədə keçiriləcək yeni tur danışıqlar üçün 16-17 mart tarixlərinin müəyyənləşdirildiyini bildirən Rucub əvvəlki iclasda bütün fələstinli qrupların iştirak etdiyinə diqqət çəkib.

"Heç kim seçkilərə mane ola bilməyəcək. Demokratik proses başladı və heç kim onu ​​dayandıra bilməyəcək" deyən Rucub azadlıqların inkişafı ilə bağlı dövlət rəhbərliyi fərmanına uyğun olaraq "təşkilatlanma səbəblərilə siyasi həbslər, çağırışlar və məhkəmələr" prosesinin 5-6-7 mart tarixlərində bağlanacağını ifadə edib.

Qeyd edək ki, fələstinli qruplar 7-8 fevral tarixlərində milli dialoq danışıqlarında barışıq və Fələstində ümumi seçkiləri proseslərini müzakirə ediblər.

Fələstin dövlət başçısı Mahmud Abbas 22 mayda millət vəkili, 31 iyulda prezident və 31 avqustda Fələstin Milli Şurasına seçkilər keçirilməsini nəzərdə tutan fərmanı yanvar ayında imzalayıb.

Fələstindəki 2006 seçkilərində qalib gələn Həmasın Qəzza zolağında hakimiyyətə gəldiyi 2007-ci ildən bəridir Həmas və Fəth hərəkatları arasında böyük bir siyasi bölünmə yaşanıb.

Son 14 ildə iki hərəkat arasında bir çox razılaşma imzalanıb, lakin ortaya çıxan bəzi mübahisələr səbəbindən bunlar həyata keçirilməyib.



Әlaqәli Xәbәrlәr