Papa sabah İraqa səfərə gedir

Katoliklərin dini lideri və Vatikan dövlət başçısı Papa Fransisk sabah (5 Mart) İraqa səfər edəcək.

1594972
Papa sabah İraqa səfərə gedir

Vatikan sozçüsü Matteo Bruni keçirdiyi mətbuat konfransında Papanın 5-8 martda baş tutacaq İraq səfərindən danışıb.

2019-cu ilin noyabrında Tayland və Yaponiya ziyarətlərindən sonra koronavirusun yayılması ilə əlaqədar 2020-ci ildə səfərlərini təxirə salan Papa martın 6-da Nəcəf Şiə dini lider Ayetullah Əli Es-Sistani ilə görüşəcək. martın 7-də isə Ərbil şəhərində olacaq. Burada İraq Kürd Regional Rəhbərlik ilə bir araya gələcək. Mosul və Qaraquşa baş çəkəcək. Martın 8-də Vatikana qayıdacaq.

Vatikan sozçüsü Matteo Bruni qeyd edib ki, “Pandemiya səbəbindən təxminən 16 aydır xaricə səfər etməyən Papa xaricə olan 33-cü səfərini İraqa reallaşdıracaq. Bruninin sözlərinə görə səfər bölgədə yaşayan xristianlarla həmrəylik, dinlərarası görüş üçün fürsət məqsədi daşıyır.



Әlaqәli Xәbәrlәr