Entoni Blinken vә Mәhәmmәd Bin Abdulrrәhman Әl Sani arasında telefon danışığı olub

Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Entoni Blinken vә Qәtәr xarici işlәr naziri Mәhәmmәd Bin Abdulrrәhman Әl Sani arasında telefon danışığı olub.

1594152

Bu barәdә Amerika Birlәşmiş Ştatlarının Dövlәt Departamentinin sözçüsü Ned Prays bәyanat verib.

Ned Prays deyib: ‘‘Dövlәt katibi Entoni Blinken Körfәz Әmәkdaşlıq Şurasının zirvә görüşündә Qәtәrlә Bәhreyn, Sәudiyyә Әrәbistanı, Birlәşmiş Әrәb Әmirliklәri vә Misir arasında әldә olunan Әl Ula deklarasiyası münasibәtilә Mәhәmmәd Bin Abdulrrәhman Әl Sanini tәbrik edib’’.

Entoni Blinkenin hәmkarına Qәtәrin ABŞ qüvvәlәrinә ev sahibliyi etdiyi üçün tәşәkkür etdiyini bildirәn Ned Prays nazirlәrin Qәtәrin Әfqanıstan şülh görüşlәrinә verdiyi dәstәyi vә körfәzdәki birliyin әhәmiyyәtini müzakirә etdiklәrini qeyd edib.

Әlaqәli Xәbәrlәr