Liviyanın baş naziri Türkiyə ilə əlaqələrin imtiyazlı olacağını bildirib

Liviyanın baş naziri Əbdülhəmid Dibeybe Türkiyə ilə imzalanan dəniz səlahiyyət sahələrini məhdudlaşdırma anlaşma memorandumunun problemsiz şəkildə davam edəcəyini söyləyib.

1590965

Əbdülhəmid Dibeybe texnokrat adlardan ibarət yeni hökumət siyahısını etimad üçün Tobruk mərkəzli Nümayəndələr Palatasına təqdim etdiklərini açıqlayıb.

Baş nazir Dibeybe paytaxt Tripolidə təşkil etdiyi mətbuat konfransında "(Yeni) Liviya hökuməti texnokratlardan ibarətdir və Liviyanın bütün rənglərini, qəbilələrini və bölgələrini təmsil edir" deyib.

Qeyd edək ki, ölkədəki böhranın siyasi həlli üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) rəhbərliyi ilə hazırlanan yol xəritəsinə görə, 24 dekabrda keçirilən prezident və parlament seçkilərinə qədər baş nazir vəzifəsini icra edəcək Dibeybe ən gec 26 fevrala (bu gün) qədər kabinetini yaratmalı və etimad üçün Nümayəndələr Məclisinə təqdim etməlidir. 

Digər tərəfdən, Dibeybe Türkiyə ilə əlaqələrə dair bir suala "Türkiyə ilə əlaqələrimiz imtiyazlı olacaq. Türkiyə iqtisadi tərəfdaşımızdır və bu tərəfdaşlığı dəstəkləyirik" cavabını verib.

Әlaqәli Xәbәrlәr