Aİ, NATO, ABŞ və İran Ermənistanı təmkinli olmağa çağırıblar

Avropa İttifaqı (Aİ) və NATO Ermənistan ordusunun baş nazir Nikol Paşinyanın istefasını tələb etməsindən sonra tərəfləri təmkinli olmağa çağırdı.

1590950
Aİ, NATO, ABŞ və İran Ermənistanı təmkinli olmağa çağırıblar

Avropa İttifaqı (Aİ) və NATO Ermənistan ordusunun baş nazir Nikol Paşinyanın istefasını tələb etməsindən sonra tərəfləri təmkinli olmağa çağırdı.

AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrellin ofisindən yayılan bəyanatda Ermənistanda baş verənlərin yaxından izlənildiyi bildirilib.

Bəyanatda siyasi fikir ayrılıqlarının dinc və parlamentli demokratiya prinsiplərinə sadiq qalaraq həll edilməsinin vacibliyi qeyd edilərək, bütün tərəflər gərginliyi artıracaq hərəkətlərdən çəkinməyə və sakitliyə çağırılıb.

NATO Ermənistandakı vəziyyəti diqqətlə izləyir, tərəfləri eskalasiyadan çəkinməyə və bütün fikir ayrılıqlarını Konstitusiya çərçivəsində dinc yolla həll etməyə çağırır.

Bu barədə alyansın rəsmi nümayəndəsi Oana Lunqesku "Twitter"dəki hesabında yazıb.

"Biz Ermənistanda baş verən hadisələrin inkişafını diqqətlə müşahidə edirik. Gərginliyi daha da dərinləşdirəcək fikirlərdən və hərəkətlərdən çəkinmək zəruridir. İstənilən siyasi fikir ayrılıqları Ermənistanın konstitusiyasına uyğun olaraq dinc və demokratik həll edilməlidir", - o yazıb.

ABŞ isə ordunun siyasətə müdaxilə etməməli olduğunu və erməni demokratiyasını dəstəklədiklərini  açıqlayıb.

Dövlət Departementinin mətbuat katibi Ned Prays mətbuat konfransında Ermənistandakı vəziyyəti çox yaxından izlədiklərini bildirib və bütün tərəfləri təmkinli olmağa çağırıb. 

İran da Ermənistandakı tərəfləri "təmkinli" olmağa və "zorakılıqdan imtina etməyə" çağırıb.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.

Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etdiyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr