Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir

Dünya miqyasında yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 510 min 810-u keçib.

1590419
Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir

Dünya miqyasında yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 510 min 810-u keçib. İnfeksiyaya yoluxanların sayı 113 milyon 191 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 88  milyon 796 mini ötüb.

Rusiyada virus qaynaqlı can itkisi bir gün әrzindә 446 arataq 84 min 876 olub. Ölkәdә müvafiq dövrdә virusa yoluxanların sayı isә 11 min 198 artaraq 4 milyon 212-yә çıxıb. 

İranda son 24 saat ərzində 94 nəfər koronavirusdan ölüb.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 59 min 830 nəfərə yüksəlib.

Ölkədə ötən 24 saat ərzində 8 min 206 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1 milyon 607 min 081 nəfərə çatıb. Virus daşıyıcılarından 3 min 712 nəfərin vəziyyəti ağır qiymətləndirilir. İranda indiyədək 1 milyon 372 min 309 nəfər koronavirusdan sağalıb.

Hindistanda epidemiya səbəbiylə son 24 saat ərzində 144 nəfər dünyasını dəyişib, 17 min 106 adama virus yoluxub. Bununla da ölkədə insan itkisi 156 min 742-yə, yoluxma sayı isə 11 milyon 46 min 914-ə yüksəlib.

Kovid-19 səbəbiylə can itkisinin 12 min 708, yoluxma sayının 574 min 580 olduğu Pakistanda məhdudiyyətlərin ləğv olunmağa başlandı. Bu çərçivədə ticarət mərkəzləri, bazarlar və əyləncə parkları üçün qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Epidemiya səbəbi ilə təxirə salınan yerli seçkilərin mayın sonu və ya iyun ayının əvvəlində keçirilə biləcəyi bildirilib.

Qazaxıstanda martın 1-dən koronavirusla mübarizə çərçivəsində görülən tədbirlərin yumşaldılmasına qərar verilib. Həmin tarixdən etibarən Qazaxıstan və Türkiyə arasında uçuşların sayı daha 4 dəfə artacaq. 2 min 718 nəfərin öldüyü ölkədə yoluxmaların sayı son gündə 753 artaraq 209 min 562-yə çatıb.

Virus səbəbiylə insan itkisinin 518 min 363 olduğu epidemiyanın mərkəzi ABŞ-da yoluxmaların sayı 28 milyon 974 min 620-ni keçdi. Kaliforniya ştatında yeni növ koronavirusun daha yoluxucu və təhlükəli bir növünün aşkar edildiyi irəli sürülüb. ABŞ Qida və Dərman İdarəsi (FDA) "Johnson and Johnson" əczaçılıq şirkəti tərəfindən "Covid-19"a qarşı hazırlanan peyvəndin "təhlükəsiz və təsirli" olduğunu və xəstəlikdən 66 faiz qoruyucu olduğunu bildirib. ABŞ əczaçılıq şirkətləri "Pfizer", "Moderna" və "Johnson and Johnson" mart ayının sonunadək 240 milyon doza yeni tip koronavirus peyvəndi verməyi öhdələrinə götürüblər. ABŞ hökuməti 5 fərqli əczaçılıq şirkəti ilə təxminən 600 milyon insan üçün yetərli olacaq, bir milyarddan artıq dozada vaksin üçün müqavilələr imzalamışdı.

İngiltərədə virus səbəbindən son 24 saat ərzində 442 insan həlak olub. 9 min 938 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ölənlərin sayı 121 min 747, virusa yoluxanların sayı isə 4 milyon 144 min 577 olub.

İtaliyada epidemiya səbəbiylə son 24 saat ərzində 318 insanın ölümu ilə ölkə miqyasında ölənlərin sayı 96 min 666-ya yüksəlib. Xəstəliyə yoluxanların sayı 16 min 424 artaraq 2 milyon 848 min 564 nəfərə çatıb.



Әlaqәli Xәbәrlәr