İrana qarşı bu söhbətlər bəhanədir

Aİ Xarici İşlər Nazirləri Toplantısından sonra jurnalistlərin suallarını cavablandıran C.Borel deyib...

1588611
İrana qarşı bu söhbətlər bəhanədir

 

  Avropa İttifaqı (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti ali nümayəndəsi Cozep Borel (Josep Borrell) İran nüvə müqaviləsinin yenidən canlandırılması ilə bağlı məqbul bir optimizm içində olduqlarını söyləyib.

  Aİ Xarici İşlər Nazirləri Toplantısından sonra jurnalistlərin suallarını cavablandıran C.Borel deyib: “İran nüvə razılaşması olaraq tanınan Ortaq Əhatəli Hərəkət Planını (JCPOA) müzakirə etdik.

  Amerika Birləşmiş Ştatları 2018-ci ildə müqavilədən ayrıldıqdan sonra İrana qarşı artırdığı sanksiyaların qalxması üçün razılaşma tam icra olunmalıdır.

  Önümüzdəki günlərdə sizə verəcək xəbərlərim olacağına ümid edirəm. Son günlərdəki prosesləri yenidən müstəviyə çıxarmaq üçün diplomatiyaya şans veririk.

  Aİ Xarici İşlər Nazirləri Toplantısına ABŞ-ın dövlət katibi Antoni Blinken də video-konfransla qatılıb.

  Paytaxt Tehranda Mütəxəssislər Məclisi üzvləriylə bir araya gələn İranın dini başçısı Əli Hamaney isə nüvə həcmlərini ehtiyac duyduqları qədər artıracaqlarını və uranı zənginləşdirməkdə 20 faiz səviyyəsində qalmayacaqlarını bildirərək deyib: "İran nüvə məsələsində geri addım atmayacaq; ehtiyacına görə və ölkə mənfəətlərinin tələb etdiyi şəkildə uranı 60 zənginləşdirəcək qədər irəli gedəcək.

  ABŞ, İngiltərə, Fransa və Almaniyanın İranla bağlı qərarları tələbkar və insafsızdır. Qərblilər nüvə silahı niyyətində olmadığımızı çox yaxşı bilir. Nüvə silahı söhbəti bəhanədir. Onlar normal silahlara sahib olmağımıza da qarşıladırlar. Çünki İranın güclənməsini istəmirlər."



Әlaqәli Xәbәrlәr