Meksikada hərbi təyyarə qəzaya uğrayıb

Meksikanın Hərbi Hava Qüvvələrinə məxsus “Learjet” təyyarəsi qəzaya uğrayıb.

1588281
Meksikada hərbi təyyarə qəzaya uğrayıb

Qəza ölkənin şərqindəki Verakrus ştatında, Xalapa şəhəri yaxınlığında qeydə alınıb. Qəza zamanı təyyarədə 7 nəfər olub. Onların  6-sı   həyatını  itirib.

Yerli KİV xəbər verir ki, təyyarə hava limanına enərkən uçuş-enmə zolağından çıxaraq alovlanıb. Qəza ilə əlaqədar istintaq başladılıb.



Әlaqәli Xәbәrlәr