Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir

Dünya miqyasında yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 478 min 760-ı keçib.

1587881
Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir
KORONAVİRÜS SÜPER

Dünya miqyasında yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 478 min 760-ı keçib. İnfeksiyaya yoluxanların sayı 111 milyon 988 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 87  milyon 351 mini ötüb.

Hindistanda son 24 saat ərzində epidemiya səbəbiylə 72 nəfər ölüb, 13 min 704 nəfərdə isə virus qeydə alınıb. Ölkədə insan itkisi 156 min 411-ə, yoluxma sayı isə 11 milyon 4 min 795-ə yüksəlib.

Virus qaynaqlı insan itkisinin 511 min 133 olduğu epidemiyanın mərkəzi ABŞ-da yoluxmaların sayı 28 milyon 765 min 423-ü keçib.

İngiltərədə son 24 saat ərzində virus səbəbindən 215 ölüm və 9 min 834 yeni yoluxma qeydə alınıb. Ölkədə ölənlərin sayı 120 min 580, virusa yoluxanların sayı isə 4 milyon 115 min 509 olub.

İtaliyada epidemiya səbəbiylə son 24 saat ərzində 232 nəfərin ölümü ilə epidemiya qurbanlarının sayı 95 min 718 nəfərə yüksəlib. Yoluxma hallarının sayı isə 13 min 452 artaraq 2 milyon 809 min 246 nəfərə çatıb.

İngiltərədə koronavirus qaynaqlı olaraq son 24 saat ərzində 215 nəfər həyatını itirib, 9 min 834 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ölənlərin sayı bununla da 120 min 580, yoluxmaların sayı isə 4 milyon 115 min 509 nəfər olub. 

Fransada son 24 saat ərzində 160 nəfərin həlak olması ilə virus qurbanlarının sayı 84 min 306 nəfər təşkil edib. Müvafiq dövrdə 22 min 46 yeni yoluxma ilə virus aşkarlanan insan sayı ölkə miqyasında yoluxma sayı isə 3 milyon 605 min 181-i çatıb. 



Әlaqәli Xәbәrlәr