ABŞ İrandan Amerikalı məhbusların azadlığa buraxılmasını istəyir

ABŞ rəhbərliyi İranda həbs edilmiş Amerikalıların xilası mövzusunda Tehran hökuməti ilə əlaqə yaradıb.

1587963
ABŞ İrandan Amerikalı məhbusların azadlığa buraxılmasını istəyir

Ağ Evin Milli Təhlükəsizlik Məsləhətçisi Jake Sullivan ABŞ CBS telekanalına müsahibəsində bu barədə danışıb.

Dünyanın hər yerində tutulan Amerika vətəndaşlarının xilas edilməsi Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Joe Bayden rəhbərliyi üçün ən vacib prioritet olduğuna diqqət çəkən Jake Sullivanın: “İrandakı Amerikalı məhbusların azadlığa buraxılması üçün iranlılarla ünsiyyət qurmağa başladıq”. Tələblərinə Tehran hökumətinin konkret cavab vermədiyini ifadə edən Jake Sullivan vətəndaşlarının haqsız və qanunlara zidd yollarla tutulmalarının qəbul edilməz olduğunu qeyd edib və ölkəsinin İranın nüvə silah əldə etməsinin qarşısını almaqda qərarlı olduğunu vurğulayıb.

Xatırladaq ki, Bayden rəhbərliyi İranla nüvə razılaşmasının yenidən tətbiqi üçün danışıqlara başlamağa hazır olduğunu açıqlamışdı.

 



Әlaqәli Xәbәrlәr