ABŞ-da soyuq hava nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb

ABŞ-da son günlər şaxtalı havalar nəticəsində ölənlərin sayı 70-ə çatıb.

1588163
ABŞ-da soyuq hava nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb

ABŞ-da son günlər şaxtalı havalar nəticəsində ölənlərin sayı 70-ə çatıb.

Bir çox ştatda xüsusən Texasda insanlar elektrik enerjisindən və əsas ehtiyaclardan məhrum olublar və hipotermiya halları artıb.

Ölkə miqyasında karbonmonoksit zəhərlənməsi və hipotermiya kimi səbəblərdən ölənlərin sayı artmaqdadır.

Elektrik enerjisinin kəsilməsi və lazımi isinmə ilə təmin edilə bilməyən Texasda 11 yaşlı bir uşağın yatağında bədən hərarətinin ani düşməsi səbəbindən həlak olduğu bildirilib.

Ölkə miqyasında ən az 77 hipotermiya hadisəsi qeydə alınıb.

"New York Times" qəzeti yenə Texasda oksigen borusu ilə sağ qalan 75 yaşındakı Karrol Anderson adlı bir xəstənin Texasdakı elektrik kəsilməsi səbəbiylə öldüyünü yazıb.

Elektirik enerjisi kəsilməsi nəticəsində işləyən generatorlar karbonmonoksit zəhərlənməsinə səbəb olub..

Texasda səlahiyyətlilər xalqdan su təmizləyici mərkəzlərə də təsir göstərən elektrik enerjisi kəsintiləri səbəbindən kran suyundan istifadə etmədən əvvəl qaynatmalarını istəyiblər.



Әlaqәli Xәbәrlәr