Co Bayden "böyük fəlakət" elan etdi

CNN-nin Ağ Evdən verilən açıqlamaya əsasən yaydığı xəbərə görə...

1587559
Co Bayden "böyük fəlakət" elan etdi

 

  Amerika Birləşmiş Ştatlarında Texas başda olmaqla bir çox bölgəni təsiri altına alan şiddətli qar və buzlanma səbəbindən bu zamana qədər təxminən 60 nəfər həyatını itirib.

  ABŞ prezidenti Co Bayden (Joe Biden) bir həftədir ölkənin orta və cənub tərəflərini bürüyən şiddətli qütb soyuqları ilə bağlı Texas ştatında "böyük fəlakət" elan etdi.

  CNN-nin Ağ Evdən verilən açıqlamaya əsasən yaydığı xəbərə görə, C.Bayden şiddətli qış soyuqlarından təsirlənən bölgələrdə xilasetmə işlərinə dəstək olmaq üçün “böyük fəlakət” elan edərək əyalət üçün federal yardım əmri verib.

  Elektrikin təkrar verilməsinə başlandığı Texasda təxminən 80 min adamın hələ elektrik müraciətinə baxmağa imkan tapılmamış bölgədə təxminən 14 milyon adam bu dəfə təmiz su ehtiyacından məhrim olub.

  Onu da nəzərə çatdıraq ki, Texasda son bir həftədir təsirli olan sərt qış şərtləri bölgəyə 45-50 milyard dollar arası zərər vurub.



Әlaqәli Xәbәrlәr