İran ABŞ-ın qərarını müsbət addım kimi qiymətləndirib

ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyi BMT Təhlükəsizlik Şurasına ünvanladığı məktubda Tramp administrasiyasının qəbul etdiyi qərarın ləğv edildiyini bildirib.

1586810
İran ABŞ-ın qərarını müsbət addım kimi qiymətləndirib

ABŞ Tramp dövründə qəbul edilən İrana yönəldilmiş bütün BMT sanksiyalarının yenidən tətbiq edilməsinə imkan verən mexanizmin (snapback) tətbiq edilməsi qərarını ləğv edib.

ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyi BMT Təhlükəsizlik Şurasına ünvanladığı məktubda Tramp administrasiyasının qəbul etdiyi qərarın ləğv edildiyini bildirib.

İran ABŞ həmin qərarını müsbət addım kimi qiymətləndirib.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif "​​Twitter" hesabında etdiyi paylaşımda Tramp dövründə qəbul edilən və BMT Təhlükəsizlik Şurası (BMT TŞ) tərəfindən qəbul edilməyən qərarın qanuni etibarının olmadığının qəbul edilməsindən" məmnun olduqlarını ifadə edib.

ABŞ-a nüvə sazişi dəstəkləyən 2231saylı BMT TŞ qətnaməsinə riayət etməyə çağıran Zərif "ABŞ Trampın tətbiq etdiyi bütün sanksiyaları qeyd-şərtsiz və effektiv şəkildə ləğv etməlidir. Bundan sonrabiz də gördüyümüz düzəliş tədbirlərini geri götürəcəyik" ifadələrindən istifadə edib.

Xatırladaq ki, BMT-nin İrana 13 ildir tətbiq etdiyi silah sanksiyasını yeniləmə təşəbbüsləri BMT TŞ-də uğursuzluqla nəticələnən Tramp idarəsi İranın nüvə razılaşması ilə bağlı öhdəliklərini pozmasını  amil kimi göstərmiş və 20 avqust 2020-də BMT TŞ-nin 2231 saylı qərarını ləğ edən BMT sanksiyalarını yenidən tətbiq olunmasını təmin edən mexanizmi (snapback) həyata keçirdiyini elan etmişdi.

ABŞ BMT Təhlükəsizlik Şurasının digər üzvlərinin razılaşmadan çıxan ölkənin həmin mexanizmi tətbiq edə bilməməsinə etiraz etməsinə baxmayaraq, İrana qarşı BMT sanksiyalarını 19 sentyabrda təktərəfli tətbiq etməyə başlamışdı.



Әlaqәli Xәbәrlәr