ABŞ İranla nüvə sazişilə bağlı müzakirələri başlatmağa hazırlaşır

ABŞ 2015-ci ildə qəbul edilən nüvə razılaşmasının şərtlərinə qayıdacağı təqdirdə İranla yenidən masaya oturmağa hazırlaşır.

1586641
ABŞ İranla nüvə sazişilə bağlı müzakirələri başlatmağa hazırlaşır

ABŞ 2015-ci ildə qəbul edilən nüvə razılaşmasının şərtlərinə qayıdacağı təqdirdə İranla yenidən masaya oturmağa hazırlaşır.

ABŞ Dövlət Katibi Entoni Blinkenin "İran nüvə anlaşması (JCPOA) çərçivəsində götürdüyü öhdəliklərini tam yerinə yetirərsə, ABŞ da bunu edəcək və İranla danışıqlara başlamağa hazırdır" ifadəsindən sonra Dövlət Departementinin sözçüsü Ned Prays mövzuya dair yeni açıqlama verib.

Prays "ABŞ İranın nüvə proqramı ilə bağlı diplomatik addımları müzakirə etmək məqsədilə P5 + 1 ölkələri və İranın yer alacağı toplantıya dair Avropa İttifaqı Ali Nümayəndəliyindən gələcək dəvət qəbul edəcəkdir" ifadəsini işlədib.

Adı açıqlanmayan Dövlət Departamentinin səlahiyyətlisi jurnalistlərə verdiyi açıqlamada "İlk addım olaraq Aİ-nin təşkil edəcəyi iclasda iştirak etməyə hazır olduğumuzu bildiririk. Ancaq bundan sonrası İrana qalıb, İran öz seçimini edəcək" deyib.

Səlahiyyətli ABŞ-ın yalnız razılaşmaya qayıtmaq üçün "güzəştə getməyəcəyini" və İranın orijinal JCPOA razılaşmasının şərtlərinə tamamilə qayıdacağı təqdirdə nüvə razılaşma ilə əlaqəli iki ölkənin ortaq bir mövqedə bir araya gələ biləcəyini ifadə edib.

Qeyd edək ki, fevralın 18-də ABŞ dövlət katibi Blinken Fransanın Xarici İşlər naziri, İngiltərə Xarici İşlər naziri və Almaniyanın Xarici İşlər naziri ilə İranla bağlı videokonfrans keçirib.

İclasdan sonra yayılan birgə bəyanatda İranın JCPOA çərçivəsində götürdüyü öhdəliklərini tam şəkildə yerinə yetirməsinin vacibliyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr