Nigeriyada məcburi köçkün düşərgəsində yanğın, ölən və yaralananlar var

Nigeriyada məcburi köçkün düşərgəsində baş verən yanğın nəticəsində xeyli sayda sığınmacı yaralanıb.

1586073
Nigeriyada məcburi köçkün düşərgəsində yanğın, ölən və yaralananlar var

Nigeriya Təcili Yardım İdarəsi (SEMA) rəsmisi Yabawa Kolo-nun məlumatına görə Boko Haram qruplaşmasının törətdiyi qırğınlardan xilas olan qaçqınların qaldıqları Maiduguri bölgəsindəki düşərgədə çıxan yanğın nəticəsində 3 nəfər həyatını itirib, çox sayda insan yaralanıb. 3600 nəfər çadırsız qalıb. Kolo-nun sözlərinə görə yanğından sonra hökumət tərəfindən düşərgəyə humanitar yardım göndərilib.

Xatırladaq ki, keçən il Borno ştatında köçkünlərin qaldığı düşərgədə baş verən yanğında isə 7200 nəfər çadırsız qalmışdı.



Әlaqәli Xәbәrlәr