BMT: “130-dan çox ölkə bir doza belə peyvənd təmin edəbilməyib”

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterres, koronavirus (Kovid-19) epidemiyası əleyhinə hazırlanan peyvəndlərin ədalətli paylanmadığını bildirib.

1585828
BMT: “130-dan çox ölkə bir doza belə peyvənd təmin edəbilməyib”

Baş katib Antonio Quterres BMT Təhlükəsizlik Şurasının (Kovid-19) epidemiyası ilə əlaqəli problemlərin müzakirə olunduğu iclasda etdiyi çıxışında bu barədə məlumat verib. Baş katib : “ istehsal olunan peyvəndlərin 75%-i yalnız 10 ölkə tərəfindən istifadə edilərkən 130-dan çox ölkəyə bir doza belə göndərilməyib”. Virusun meşə yanğını kimi yayılması halında mütəmadi olaraq mutasiyaya uğrayacağına və bunun isə ölümlərin sürətlə artmasına səbəb olacağına diqqət çəkən Antonio Quterres “Kovid-19” epidemiyası əleyhinə hazırlanan peyvəndlərin bərabər və ədalətli paylanmasının əhəmiyyətini vurğulayıb. Dünyanın qlobal peyvənd olunma planına ehtiyacı olduğunu ifadə edən Baş katib “G20” ölkələrə qlobal peyvənd tətbiqi ilə əlaqəli planın həyata keçirilməsi üçün lazımlı addımların təcili atılması haqda çağırış edib.



Әlaqәli Xәbәrlәr