Etna vulkanı yenidən püskürüb

İtaliyanın cənub ərazilərində yerləşən aktiv vulkanlardan olan Etna yenidən püskürüb.

1585182
Etna vulkanı yenidən püskürüb

Dünən yerli vaxtla saat 16:30 radələrində başlayan püskürmə partlayışlarla müşahidə olunub. Lava ətrafdakı ərazilərə yayılıb. Partlayışlar nəticəsində kül buludları yarandığı üçün Katanyadaki Fontanarossa hava limanında təcili vəziyyət elan edilib və bütün uçuşlar dayandırılıb.

Tez tez aktivləşən Siciliya adasındakı Etna vulkanı yanvar ayında bir neçə dəfə püskürüb . Vulkanın ən genişmiqyaslı püskürməsi 2002-ci ildə müşahidə edilib.



Әlaqәli Xәbәrlәr