Dünyada koronavirusa yoluxma hallarının sayı 110 milyonu keçib

Dünya miqyasında yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 431 219-u keçib.

1584950
Dünyada koronavirusa yoluxma hallarının sayı 110 milyonu keçib
Covid süper

Dünya miqyasında yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 431 219-u, infeksiyaya yoluxanların sayı 110 milyon 87 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 84  milyon 909 mini keçib.

Hindistanda son 24 saatda koronavirusdan 109 nәfәr hәyatını itirib, 11 min 795 nәfәrdә virus aşkarlanıb. Bununla da ölkәdә  epidemiya qurbanlarının sayı 155 min 949-a, yoluxma sayı isə 10 milyon 937 min 106-ya yüksəlib.

ABŞ-da bir gün ərzində  min 105 nəfərin koronavirusdan ölməsilə epidemiya qurbanlarının sayı 499 min 309-a çıxıb. Ölkədəki yoluxma sayı isə bir gündə 40 min 400 artaraq 28 milyon 358 min 222-ni ötüb. Nyu-York valisi Andrev Kuomo qocalar evlərindəki "Covid-19" ölümlərinin gizlədilməsinə dair tənqidlərdən sonra səhv etdiklərini və kifayət qədər şəffaf olmadıqlarını etiraf edib. Nyu-York Baş Prokurorluğunun 28 yanvarda yayımladığı 76 səhifəlik hesabatda ştatın Səhiyyə İdarəsi qocalar evlərindəki "Covid-19" ölümlərini 50 faiz nisbətində az göstərməkdə tənqid edilmişdi. Qocalar evlərində təxminən 8 min 500 ölüm olduğu elan edilmişdi, ancaq bunun 15 mindən çox olduğu sübuta yetirilmişdir.

İngiltərədə son 24 saat ərzində virus səbəbindən 799 ölüm, 10 min 625 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ölənlərin sayı bununla da  118 min 195, yoluxmaların sayı isə 4 milyon 58 min 468 olub.

İtaliyada epidemiya səbəbiylə son 24 saat ərzində 336 nəfərin ölümü ilə ölkə miqyasında həlak olanların sayı 94 min 171-ə yüksəlib. Virusun yoluxduğu insan sayı isə 10 min 386 artaraq 2 milyon 739 min 591 nəfərə çatıb.

Fransada "Covid-19" qaynaqlı son 24 saat ərzində 410 nəfər ölüb, bununla da ölkədə virus qurbanlarının sayı 82 ​​min 812 olub. Bir gündə 19 min 590 yeni yoluxmanın aşkarlanması ilə virusun yoluxduğu insan sayı 3 milyon 489 min 129-a yüksəlib.

İspaniyada isə koronavirusdan son 24 saat ərzində 530 nəfər ölümü qeydə alınıb. Bununla da ölkədə insan itkisi 65 min 979-a çatıb. Müvafiq dövrdə 10 min 57 yeni hadisənin qeydə alınması ilə, yoluxma sayı 3 milyon 96 min 343-ə çıxıb.



Әlaqәli Xәbәrlәr