Konqo Demokratik Respublikasında gəmi batıb-60 nəfər ölüb

Konqo Demokratik Respublikasında sərnişin gəmisinin batması nəticəsində azı 60 nəfər ölüb.

1584232
Konqo Demokratik Respublikasında gəmi batıb-60 nəfər ölüb

Hadisə ölkənin qərbində yerləşən Mai-Ndombe gölündə baş verib.

Ölkənin humanitar yardımlar naziri Stiv Mbiyaki bildirib ki, gəmidə 700-dən çox sərnişin olub. 60 nəfərin meyiti tapılıb, 300 nəfər xilas edilib, axtarış işləri davam etdirilir.

Nazir Mbiyaki-nin sözlərinə görə mövsümi yağışların çox olduğu bu dönəmdə gəmi qəzaları tez-tez baş verir. Səbəb isə gəmilərin köhnə olması və həddindən artıq yük daşımasıdır.

Ölkədə yol infrastrukturu qənaətbəxş olmadığından əhali çay və göllərdən istifadə edir.



Әlaqәli Xәbәrlәr